2 iyul 102 ili tamam olan, Azərbaycan Polisi Günüdür.


2 iyul 102 ili tamam olan, Azərbaycan Polisi Günüdür.
LSC Logo

Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-si Azərbaycan Polisi Günü elan olunub.

Xatırladaq ki, 1918-ci il iyulun 2-də, Daxili İşlər Nazirliyinin tərkibində, cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi kimi məsuliyyətli bir vəzifəni yerinə yetirən polis orqanlarının yaradılmasına başlanmışdır. 

1988-ci ildə Ermənistanın hərbi təcavüzünə qarşı ilk olaraq rəşadətlə döyüşən yeganə nizami qüvvə milis, sonrakı illərdə isə Daxili Qoşun hissələri olub. Bu döyüşlərdə Daxili İşlər Nazirliyinin 1695 əməkdaşı və hərbi qulluqçusu şəhid olub, 1710 nəfəri isə yaralanıb.

Təxirəsalınmaz operativ tədbirlərin görülməsi, cinayətlərin dəqiq uçotunun aparılması məqsədilə 2007-ci ildə «102» Xidməti - Zəng Mərkəzi Sistemi yaradılıb. İstifadəyə verilmiş «102», «902» və «1002» qaynar xətləri, veb-sayt və elektron poçt ünvanı daxil olan müraciətlər dərhal operativ həll edilir. Hüquq qaydasına riayət edilməsinə nəzarətin fasiləsiz və canlı izlənilməsi, qanunazidd hallara, fövqəladə vəziyyətlərə çevik reaksiya verilməsi üçün 2009-cu ildə «Təhlükəsiz Şəhər» Avtomatik İdarəetmə sistemi yaradılıb

Bütün şəxsi heyəti, veteranları, respublikanın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalmış, vəzifə borcunu yerinə yetirərkən həlak olmuş DİN-nin əməkdaşlarının ailə üzvlərini ürəkdən təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik, xidmətdə və şəxsi həyatlarında uğurlar arzu edirik.

Paylaş: