LOGİSTİKA NƏDİR?


LOGİSTİKA NƏDİR?
LSC Logo

Logistika, malların və xidmətlərin, istehsaltdan başlayaraq, saxlanmasını və son istehlakçıya qədər çatdırılmasını, əhatə edən bir sahədir.

Maraqlısı ordadır ki, ilk logistika sistemləri qoşunları idarə etmək, habelə ordunu lazım olan tələbatlarla  təmin etmək üçün yaradılmışdır. Komandirlər alayın hara göndəriləcəyi, hərbçilərin necə qidalanacağı, silah və döyüş sursatının necə veriləcəyi barədə qərar verməli idi.

Logistikanın əsas vəzifələri

Logistikanın nə üçün lazım olduğunu tam anlamaq üçün onun hansı vəzifələri həll etdiyini öyrənmək zəruridir:

  1. Ehtiyatların optimal miqdarının qorunması.
  2. Saxlnmanın təşkili - anbarların, topdansatış bazalarının yaradılması, anbarın içərisində və ya saxlama nöqtələri arasındakı hərəkət proseslərinin idarə edilməsi, malların çeşidlənməsi, qablaşdırılması.
  3. Malların, xidmətlərin daşınması (marşrut və nəqliyyat növünün seçimi, optimal nəqliyyat növünü qiymətinin hesablanması).
  4. Yükün yerləşmə yerini izləmək, həmçinin yol boyu yaranan problemləri həll etmək.

 

Növləri

·         Sahibkarlıq sahəsində logistika növlərinin təsnifatını nəzərdən keçirək:

  • Satınalma
    • İstehsal üçün zəruri olan xammal və materialların o cümlədən, yenidən satış üçün malların axtarışı və alınması ilə bağlı bütün məsələləri həll edir. Bu cür işlərin mürəkkəbliyi, təchizatçılarla münasibətlərin qurulması və məqbul şərtlərlə müqavilələr bağlanmasının zəruriliyi ilə əlaqədardır.
  • İstehsal logistikası.
    • İstehsalın optimallaşdırılması və xərclərin azaldılması üçün xammalın və materialların hərəkəti üçün bütün prosesləri əhatə edir.
  • Satış.
    • Buraya məhsulların alıcıya çatdırılması üçün bütün proseslər daxildir – vaxtıın müəyyən edilməsi və çox miqdarda daşınma, və s. Bu növ logistika, həm vasitəçi şirkətlər, həm də sənaye müəssisələri üçün aktualdır
  •  Anbar. 
    • Anbar daxilində hərəkəti tənzimləyir - göndərmə, hərəkət, saxlama.
  • Ehtiyatlar.
    • İstehsal və ya ticarət şirkəti üçün zəruri olan malların saxlanmasını optimallaşdırmaq.
  • Nəqliyyat.
    • Malların daşınması ilə bağlı məsələlərin həlli: çatdırılma növünün seçilməsi (dəmir yolu, təyyarə, fura), marşrutun qurulması.
  • Gömrük.
    • Bu, bütün əlaqədar proseslərlə, malların xaricə çatdırılması ilə bağlıdır.

Paylaş: