Pandemiya ilə mübarizədə nəzarətin gücləndirilməsi görüşü


Pandemiya ilə mübarizədə nəzarətin gücləndirilməsi görüşü
LSC Logo

Pandemiya ilə mübarizədə ictimai iştirakçılığın və nəzarətin gücləndirilməsi məqsədilə onlayn görüş keçirilib.

Görüşdə LSC-nin rəhbəri Ruslan İmamquliyev-də iştirak etmişdir.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı, İqtisadiyyat Nazirliyinin rəhbər şəxslərinin, millət vəkillərinin, ictimai təşkilatların və biznes assosiasiyalarının iştirakı ilə keçirilən görüşdə pandemiya ilə mübarizənin ümummilli məsələ olduğu və hər bir Azərbaycan vətəndaşının, ictimai təşkilatların və biznes assosiasiyalarının koronavirus infeksiyasının yayılmasının qarşısının alınması tədbirlərində fəal iştirakının, sosial məsuliyyətinin gücləndirilməsinin, vətəndaş təəssübkeşliyinin vacibliyi vurğulanıb.

Diqqətə çatdırılıb ki, yalnız dövlət-biznes-vətəndaş birliyi ilə bu çətin mübarizədən qalib çıxmaq olar.

Onlayn görüşdə iştirak edən ictimai təşkilatlar və biznes assosiasiyalarının rəhbərləri pandemiya ilə mübarizədə həmrəyliklərini vurğulayıblar. 

Videokonfransda Azərbaycan hökuməti tərəfindən həyata keçirilən sistemli tədbirlərə dəstək məqsədilə dövlət-biznes-vətəndaş cəmiyyəti platforması çərçivəsində birgə layihələrin, maarifləndirmə işlərinin görülməsinə, ictimai aksiyaların təşkilinə dair fikir mübadiləsi aparılıb, iştirakçıların təklifləri dinlənilib və konkret layihələrin icrası barədə razılığa gəlinib.

Paylaş: